İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142534 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Dərs

Dərs


Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.


Dərs 3: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: advanced)

Keçmiş zaman və indiki bitmiş zaman -- Past simple and present perfect

Əsasən indiki zaman aid olan this morning / week / monthtoday həmçinin keçmiş zaman və indiki bitmiş zamanla işlənə bilir. Məsələn əgər biz this morning haqqında keçmişdə olub bitmiş bir zaman müddəti kimi düşünürüksə onda keçmiş zamandan istifadə olunur; yox əgər işlətdiyimiz this morning indiki vaxt müddətindən də müəyyən hissə özünə daxil edirsə onda indiki bitmiş zamandan istifadə edirik. Müqayisə edək:

I didn't eat this morning. (Mən bu səhər yeməmişəm. Səhər də artıq bitib.)

I haven't eaten breakfast this morning. (Mən bu səhər yeməmişəm. Səhər hələ bitməyib, ola bilsin ki, yedim.)

Xəbərlər adətən əvvəlcə indiki bitmiş zamanla çatdırılır, sonra daa dəqiq məlumatlar keçmiş zamanda verilir. Məsələn:

The film star Jim Cooper has died of cancer. He was 68 and lived in Texas.

A teacher from Oslo has become the first woman to cross the Antarctic alone. It took her 42 days to make the crossing with her dog team.

Since sözü ilə düzələn zaman budaq cümləsində budaq cümlə üçün indiki bitmiş zamana, əsas cümlə üçün isə keçmiş zamana üstülük verilir:

Since Mr Hassan became president, both taxes and unemployment have increased.

She hasn't been able to play tennis since she broke her arm.

Diqqət edin ki, əgər həm əsas cümlədə həm də budaq cümlədəki fəaliyyətin indiki zamanla əlaqəsi varsa onda hər ikisində də indiki bitmiş zaman işlənir:

Have you met any of your neighbours since you've lived here? (Sən hələ də burada yaşayırsanvə qonşuları görmək ehtimalın var.)

It/This/That is/will be the first time ifadələrindən sonra gələn budaq cümləsində biz əsasən indiki bitmiş zamanı işlədirik.

That's fhe first time I've seen Jan look embarrassed.

It won't be fhe first time she has voted against the government in her long career.

Diqqət edin ki, It/This/That was the first time ifadəsi ilə keçmiş bitmiş zaman işlənir.

It was the first time I had talked to Ella outside the office.

Zaman budaq cümlələrində after, when, until, as soon as, once, by the time, minute, second, moment sözləri ilə keçmiş zaman işlənirsə onda digər cümlə keçmiş zamanda olacaq, yox əgər keçmiş bitmiş zamanla işlənirsə, onda növbəti cümlə gələcək zamanda olacaq. Müqayisə edək:

After she left hospital, she had a long holiday.

After Dominic has left school, he will be spending six months in India.

The minute I got the news about Sue I telephoned my parents.

I'll contact you the minute I've got my exam results.


Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.


Yeni dərs


Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 660 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı